Breadcrumbs

SAĞLAM DİŞLƏR

13567002 524153867775590 5067962191333700893 n

Sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Amma bunu tək fırçalamaqla etmək olmaz.

  Sağlam dişlər üçün,aşağıdakı 9 qaydaya əməl etmək lazımdır:

  1. Kalsium və C vitamini ilə zəngin məhsullar yemək lazımdır. 

  2. 6 ayda bir mütləq diş müayinəsini etdirmək və gündə azı 2 dəfə dişləri fırçalamaq lazımdır.

  3.Dişlərə qulluqda fırca və məcun kifayət deyil. Onlarla yanaşı diş sapı,qarqaralardan da istifadə edilməlidir.

 

4. Fırça seçimi önəmlidir. Fırça orta sərtlikdə olmalı və 3 aydan bir dəyişdirilməlidir. 

  5.

Ardını oxu...

QASTRİT

xroniki qastrit
Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir.Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır.Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir. Qastritlər kəskin və xroniki olmaqla iki qrupa bölünür. Müalicə edilməyən qastrit mədə xorasına gətirib çıxara bilir.
 
Səbəbləri:
  - Bakterial infeksiya. Təsqid edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qatritin əmələ gəlməsində böyük rolu var
  - Qeyri-sterioid dərmanların (aspirin, ibuprofen və s.) uzunmüddətli qəbulu
  - Həddən ziyadə alkoqol qəbulu
Ardını oxu...

ALA QANQALIN FAYDALARI

Deve Dikeni Nedir Faydaları Nelerdir

Hepatoprotektor kimi qaraciyər xəstəliklərində (hepatit və sirrozlarda), dalaq xəstəliklərində, öd yollarının iltihabında, öddaşı xəstəliyində, kolitlərdə, xolesistitlərdə, şəkərli diabetdə və s. xəstəliklərdə istifadə edilir. Cinsi həvəsi artırır,öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Təbabətdə tərqovucu vasitə kimi də məşhurdur. Kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi  şiş və irinləmələrin müalicəsində istifadə еdilir.

İstifadə qaydası:

Ardını oxu...

HERPES

resource 20131201020054
Dəyişkən havada (isti günlər soyuq günlərlə növbələşdikdə və əksinə) doqaqlarda herpes səpgiləri olan insanların sayı çoxalır. İnsanların əksər hissəsi bu infeksiya haqda bixəbərdir və ya onların herpeslə bağlı yanlış məlumatları var. Bu məqalədə biz herpeslə bağlı olan bəzi yanılmaları sizə təqdim etmək istərdik.
 
1. Herpes keçici deyil.
Bu yanılmadır. Təbii ki, xəstəliyin kəskinləşməsi zamanı (dodaqlarda səpgilər olduqda) yoluxmanın ehtimalı artır. Lakin hətta gizli formada keçən bu infeksiya (səpgilər və s. yoxdur) bir insandan digərinə çox asanlıqla keçir.
Herpes bir insandan digərinə öpüşmə, eyni qab-qacaq, pomada və s. ilə istifadə etdikdə, cinsi yolu ilə keçə bilər. Həmçinin körpə doğuş yollarından keçdikdə anadan da yoluxa bilər.
 
2. Herpes soyuqdəymənin əlamətidir.
Ardını oxu...

PROSTATIT

prostatit
Prostatit-Prostat vəzinin adenoması adətən, yaşı 40-dan yuxarı olan kişilərdə təsadüf edilir.
Həkimlər bu xəstəliyin əsas səbəbini yaşın artması ilə əlaqədar olaraq, qanda kişi cinsi hormonu olan testosteronun azalması ilə izah edirlər. Bundan başqa, prostat vəzi adenomasının inkişaf etməsinə təsir edə bilən digər faktorlar isə aşağıdakılardır:
- irsiyyət faktoru;
- sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri;
- sidik-cinsiyyət üzvlərinin travmaları;
- oturaq iş və yaşayış tərzi;
- spirtli içkilərin qəbul edilməsi;
- tez-tez baş verən qəbizliklər;
- qaydasız cinsi əlaqələr;
Ardını oxu...

GÖZLƏRİNİZİ GÜNƏŞDƏN QORUYUN

1366792804 2013 gunes gozlugu modelleri aynali gunes gozlugu modelleri2Günəş şüalarının gözlərə təsiri dəridə günəş şüalarından yaranan yanıqlara bənzəyir. Belə ki, eynək taxılmadığı təqdirdə günəş şüalarına uzun müddət məruz qalmış gözlərdə quruluq, qaşınma, batma, yanma, ağrı və qanama əmələ gəlir. Həkim müdaxiləsi və qısamüddətli müalicə ilə deyilən problemlər aradan qaldırılsa da, zamanında həkimə müraciət edilmədiyi təqdirdə, göz əti, bulanma yarana bilər.Bununla yanaşı, hər zaman gözləri qısaraq baxmaq göz

Ardını oxu...

EŞİTMƏ QÜSURU

aaaaaa
Uşağınız doğulduğu ilk gündən etibarən onu daim nəzarətdə saxlamalı,şübhəli bir hal müşahidə etdikdə həkimə müraciət etməlisiniz.Körpənin eşitmə,görmə və nitq qüsuru ilə doğulmasının bir çox səbəbləri vardır.Məsələn,qadın hamiləlik zamanı qırmızı və soyuq qidalarla qidalanırsa, spirtli içkilərə və siqaretə meyllidirsə bu uşağın problemli doğulma riskini xeyli artırır. Uşağın zəif eşitməsinin bir səbəbi də genetik faktorlarla əlaqədardır.Valideynlərdən birində eşitmə problemi olubsa bu mütləq özünü körpədə biruzə verəcəkdir. 
Ardını oxu...

TƏNƏFFÜS SİSTEMİ

 
10958083 871539336229857 2307033020541358924 n
Bir çox insanlar gün ərzində nə qədər qoxu hiss etdiyini və bu qoxular sayəsində beynində olan cisimlərin şəkillərinin yarandığını düşünmür. Halbuki yediyiniz yeməyin dadını ləzzətli edən amil qoxubilmə hissiyyatınızdır. Qoxu cisimləri tanımağınızdakı amillərdən biridir.
Aldığınız hər nəfəslə birlikdə cismlərə aid qoxular da burundan içəri daxil olur. İnsan burnu hiss etdiyi qoxunu 30 saniyə ərzində analiz edib təxminən 3000 müxtəlif qoxunu da bir-birindən ayıra bilmək kimi nəhəng imkanlara malikdir.
 
Burunun üst hissəsində çoxlu sayda sinir hüceyrəsini əhatə edən və qoxu epitelisi adlandırılan iki kiçik sahə var. Bu sahələrin funksiyası qoxunu hiss etməkdir. Qoxu isə havada molekul formasında dolaşır. Nəfəs alarkən havadakı oksigenlə birlikdə molekullar da buruna daxil olur. Hava vasitəsilə daşınan "qoxu molekulları" qoxu epitelisindəki qəbuledicilərə çatanda buradakı hüceyrələrə xəbərdarlıq edilir. Xəbərdar olunan hüceyrələr beyinə bir elektrik siqnalı göndərir. Beyin qoxu molekulu ilə deyil, yalnız ona gələn elektrik siqnalı ilə təmasda olur. İnsan elektrik siqnalından gələn xəbərdar-lığı araşdırıb dəqiqləşdirmiş beyinin
gəldiyi nəticəni qoxu kimi qəbul edir.
Ardını oxu...

QIZILCA XƏSTƏLİYİ

jujj
Qızılca hava damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır. Qızdırma, intoksikasiya, tənəffüs yollarının katarı , səpkilərlə xarakterizə olunur.
Törədici paramiksoviruslar ailəsinə aiddir.Ətraf mühütdə tez inaktivləşir. İnkubasion dövrün sonunda və səpmə dövrünün 3-cü gününə qədər virus qanda saxlanır (virusemiya). Limfoid toxumanın və retikuloentotelial sistemin zədələnməsi baş verir. Virus tənəffüs yollarının selikli qişasını zədələyir, dərinin üst qatlarının penvaskulyar iltihabi əmələ gətirir. Allergik mexanizmlərin rolu sübut olunmuşdur.
Simptomlar. Klinik gedişi: İnkubasiya dövrü 9-10 gündür, bəzən 17 günə qədər uzanır. Kataral (başlanğıc) dövr bədən tempraturu yüksəlməsi, ümumi intoksikasiya, yuxu tənəffüs yollarının katarı (burun axması, öskürək). Yanaqların daxili selikli qişasında, az hallarda dodaqlarda, damaqda səpkilər əmələ gəlir. Bu simptom 2-3 gün qalır. 3-5 gün ərzində dəri səpmələri əmələ gəlir, qızdırma müşahidə olunur. Səpkilər öncə üzdə boyunda, sonralar sinədə gövdədə əmələ gəlir.
Ardını oxu...

MELANOMA-XAL XƏRÇƏNGİ

images
Dəri xərçəngi növləri arasında ən ciddi olanıdır. Dəriyə rəngini verən melanositler buna səbəb olur. Əslində bunlar hər kəsdə var. Amma niyə bəzi insanlarda xərçəngə səbəb olur, bəzilərində olmur, bax, bu, çox maraqlıdı. Ən böyük əlaməti bədəndə olan xallardan hər hansı birində meydana gələn bir sıra xarici dəyişmələrdir. Bunun üçün dərimizdəki dəyişmələri müşahidə etməli və ən kiçik şübhədə bir dermatoloqa getməliyik. Dermatoloqlar bu vəziyyətdə bədəndəki bütün xalları müşahidə altına alırlar. Fotoşəkillərini çəkib kompüter mühitində müqayisə edərək xarici vəziyyətləri haqqında bir fikrə gəlirlər.
Bunlar bədənin hər yerində görülə bilir: burunda, ayaq, əl, dırnaq altı, kürək, boyun kimi nahiyələrdə. Hər halda, siz həkimin məsləhət bildiyi xaldan bir biopsiya edilməsi lazım olduğunu unutmayın. Nəticəyə görə bədxassəli melanoma çıxarsa, melanomanın qalınlığı, dərinliyi, dəridə yerləşdiyi yer və s. xüsusiyyətlər diqqətdə olur. Hər vəziyyətdə cərrahi müdaxilə qaçınılmazdır. Açıqca söyləsək, lazım gəlsə, xalın olduğu bölgə geniş kəsilib alınır. Daha sonra limfa vəzilərinin vəziyyətinə görə yeni müalicə təyin edilir. Melanoması olanlarda melanoma təkrarlama ehtimalı yüksəkdir. Ayrıca bu kəslərin yaxın qohumları da müşahidədə olmalıdır. Günəşə çıxmaq zərərlidir. Daxili orqanlara sıçraması vəziyyətində həyati təhlükə böyükdür.
Ardını oxu...

Səhifə 2, 4-dən