Avis Tibbi Marketlər şəbəkəsini fərqləndirən xüsusiyyətlərdən biri də dərmanlarla birlikdə təqdim olunan geniş çeşidli digər sağlamlıq məhsullarıdır. Bioloji aktiv əlavələr, tibbi cihazlar, tibbi kosmetika, ana-uşaq məhsulları, gigiyenik məhsullar, ortopedik məhsullar kimi bölmələr çoxçeşidliliyi ilə xüsusiyyət kəsb edir. Bu xüsusiyyət nəzərə alınmaqla, “geniş məkan-geniş çeşid-məsləhətyönlü satış” konsepti ilə R.Rza 23/7 ünvanındakı şöbə Avis tibbi market olaraq adlandı və digər şöbələrdə də bu konsept tətbiq olunmağa başladı.